Tbilisidə növbəti etiraz aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında etiraz aksiyası başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, şəhərdə hava şəraitinin yağışlı və küləkli olmasına baxmayaraq, aksiya təxirə salınmayıb.
Doqquzuncu gündür davam edən aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.
Aksiyaya bölgələrdən çox sayda gənclər qatılıb. Aksiyaçılar tələbin dəyişməyəcəyini bildiriblər.
Parlamentin binası qarşısındakı çadırda bir neçə etirazçı artıq neçə gündür aclıq aksiyası keçirir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26