Interposta.Info

İcra başçısı müavininin arvadı özünü asdı-

Gündəm
 30-03-2017, 19:02     1 735

Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı intihar edib.

interposta.info xəbər verir ki, məlumatı azadlıq.info-ya rayondakı mənbələr verib.

Məlumatda deyilir ki, qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb. Qadının niyə intihar etdiyi barədə dəqiq məlumat verilmir. Güman edilir ki, ailə-məişət zəminində olub.

interposta.info bildirir ki, "Qaynar" dəqiqləşdirmə üçün Qəbələ rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova bildirdi ki, biz də məlumatdan oxumuşuq, doğru olub-olmadığını bilmirik. Arif Allahverdiyevin nömrəsini istədikdə isə telefon dəstəyini asıb.

Arif Allahverdiyev isə telefon zənglərinə cavab verməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26