Interposta.Info

Bakıda icra başçısının qaynı intihar etdi

Gündəm
 11-04-2017, 21:36     674

Bakıda intihar hadisəsi baş verib.

interposta.info xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.


Məlumata görə, M. Əliyev təqaüddə olan polis işçisidir. O, əvvəllər Laçın rayon Polis Şöbəsində çalışıb.

interposta.info bildirir ki, faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Onu da qeyd edək ki, M. Əliyev Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaynıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26