Kirsan İlyumjinov FİDE

Kirsan İlyumjinov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti postundan istefa verməsi ilə bağlı məlumatları təkzib edib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə o, TASS-a açıqlamasında bildirib.
FİDE prezidenti təşkilatın rəhbəri vəzifəsindən getmədiyini açıqlayıb: "Məni əvəz etmək istəyirdilər, lakin bu alınmadı. Mən heç nəyi imzalamadım, istefaya da getmirəm. Hesab edirəm ki, bu, amerikalıların işidir".
Qeyd edək ki, FİDE-nin rəsmi saytında martın 26-da Afinada keçirilən iclasda Kirsan İlyumjinovun təşkilatın prezidentliyindən istefa verdiyi haqda məlumat yerləşdirilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26