Interposta.Info

Dünya çempionatı təxirə salındı

İdman
 23-05-2020, 10:03     865

Yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

"İnterPosta" xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası (FİDE) verib.

Sentyabrın 7-20-də Rumıniyanın Mamay şəhərində keçirilməli olan yarışı qeyri-müəyyən müddətə təxirə salınıb. Bu, yarışın startına ən azı 4 ay qalmış gerçəkləşməlidir.

Qeyd edək ki, yeniyetmələrin dünya çempionatı 8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında keçirilir. Yarış indiki adını 1997-ci ildə alıb. Azərbaycan idmançıları da daim qatıldıqları mötəbər yarışda dəfələrlə mükafatçılar sırasına düşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26