Interposta.Info

Günün fotosu:

Gündəm
 17-03-2017, 15:55     915

Günün fotosu:

Bu şəkil bu gün istintaq təcridxanasının önündə çəkilib.

Şəkildə gördüyünüz 7-8 yaşlı bu uşaq dünən axşam əfv olunmuş, indilərdə təcridxana qapısını açıb bayıra çıxacaq atasını gözləyir.

O, hələ lap balaca olanda atası hansısa səbəbdən dəmir barmaqlıqlar arasına düşüb. Ancaq bu, o demək deyl ki, bu oğlan atasını ilk dəfə görəcək.

Güman ki, o, əvvəllər ya anasıyla, ya əmisiylə cəzaçəkmə müəssisəsində, atasıyla görüşdə olub, onu içəridə, dustaq libasında görüb.

Bu görüş isə onların uzun illərin ayılığından sonra azadlıqda ilk görüşüdür.

Bu oğlan üçün atasının türməyə nə üstə düşməsinin heç bir fərqi yoxdur. O, intizarla atasını gözləyir və sövq-təbii hiss edir ki, indən belədaha güclü, daha təminatlı olacaq.

Bəlkə də indilərdə dəmir çərçivələrdən, kilidli qapılardan keçərək azadlığa çıxacaq ata da bilir ki, onu məhz oğlu qarşılayacaq.

Günün fotosu:

Taleyin işi belədir. Bir zamanlar ata doğum evinin qarşısında həyəcanla gəzişə-gəzişə oğlunun içəridən çıxa(rıla)cağını gözləyrdi, indi oğul atanın dörd divar arasından çıxacağını gözləyir.

Ata ağıllı adamdırsa, bu övlada bu günü bir daha yaşatmaz və bugünkü qurtuluşunu həyata yenidən gəldiyi gün kimi qeyd edər.

interposta.info
Günün fotosu:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26