Interposta.Info

Polislər şəhidin tabutunu çiyinlərində daşıyıb göz yaşlarına boğuldular -

Gündəm
 28-02-2017, 15:02     525

Polislər şəhidin tabutunu çiyinlərində daşıyıb göz yaşlarına boğuldular -

Ötən gün Şəki öz şəhidini qarşılayıb. Haşımlı Tural Əbdüloğlunun cəsədi doğulub böyüdüyü Şəkinin Kiş kəndinə gətirilib.

Kadrlarda şəhidin ailəsinin və yaxınlarının fəryadı insanların ürəklərini dağlayır. Şəhidin tabutunu aparan yol polisinin göz yaşları isə hər kəsi kövrəldib.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırıb. Həlak olan hərbçilərimizin cənazələri vətənə gətirilib.(ARB TV)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26