Interposta.Info

Əsgərlərimiz əl-ələ tutaraq şəhid oldular -

Gündəm
 28-02-2017, 12:18     984

Əsgərlərimiz əl-ələ tutaraq şəhid oldular -


Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın görüntüləri yayılıb.

Qaynarinfo.Az xəbər verir ki, Millət vəkili Aydın Mirzəzadə son döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin videosunu paylaşaraq hamını bu videonu paylaşmağa çağırıb. Millət vəkili bu görüntülərə milyonların baxmalı olduğunu da qeyd edib.

Qeyd edək ki,düşmənin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26