Interposta.Info

Moskvanı düşünməyə vadar edən addım -

Gündəm
 14-02-2017, 10:45     675

Moskvanı düşünməyə vadar edən addım -

Ermənistan hazırda sürətlə geriləyir, əhali və iqtisadi imkanları çox aşağı səviyyədədir. Belə bir şəraitdə, hətta arxasında Rusiya dayansa da, zənnimcə, səbir və təmkinlə, dünya dövlətlərinin dəstəyi ilə Azərbaycan Qarabağ istiqamətində mühüm addımlar atacaq.

interposta.info xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloqun sözlərinə görə, prezident Cocuq Mərcanlı ilə bağlı böyük dəyişikliklərə start verməklə Ermənistana göstərdi ki, Qarabağ istiqamətində lazımı addımlar atılacaq:

“Bu addımlar da atılmaqdadır. Ölkədə siyasi, iqtisadi islahatlar gedir. Azərbaycan Avropa Birliyi, Avropam Şurası və digər qurumlarla iqtisadi, siyasi əlaqələrini daha da sıxlaşdırır. Tarazlaşdırılmış siyasətdə müəyyən qədər Qərbə doğru meyillənmə hiss edilməkdədir. Ölkəyə investisiya və turist axınını gücləndirmək üçün çox ciddi səylər göstərilir. TANAP-la bağlı işlər başa çatdırılmaq üzrədir. İlk Azərbaycan qazı TANAP layihəsi ilə Yunanıstandan keçərək İtaliya, Albaniya, Serbiya və digər Avropa ölkələrinə nəql ediləcək. İkinci faza isə gələn il işə düşəcək ki, bu da Azərbaycana ildə 30 milyon kubmetr qaz nəql etməyə imkan verəcək. Bu isə böyük maliyyə resursları deməkdir. Eyni zamanda, qeyri-neft sektoruna sərmayə yatırılması istiqamətində investisiyanın cəlb edilməsi də böyük əhəmiyyət kəsb edir. Prezidentin Brüsselə səfəri zamanı bu istiqamətdə çox ciddi danışıqlar aparıldı. Azərbaycanın güclü potensialı ölkənin hərbi qüdrətinin artması deməkdir. Çünki Ermənistan hazırda sürətlə geriləyir, iqtisadi imkanları çox aşağı səviyyədədir. Belə bir şəraitdə, hətta arxasında Rusiya dayansa da, zənnimcə, səbir və təmkinlə, dünya dövlətlərinin dəstəyi ilə Azərbaycan Qarabağ istiqamətində mühüm addımlar atacaq”.

Politoloq bildirib ki, son bir neçə gündə Ermənistan ordusuna vurulan dəqiq lokal zərbələr və ermənilərin xeyli itki verməsi çox şeydən xəbər verir:

“Belə bir sarsılmaz siyasi iradə, prezidentin ardıcıl, qətiyyətli xətti qarşı tərəfi düşünməyə vadar edir. Son zamanlar Rusiyadan kompromisə meyilli çağırışlar eşidilməkdədir. Düzdür, o qədər də səmimi xarakter daşımasa da, hər halda Azərbaycanın iradəsi qarşısında atılan addımlardır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26