Interposta.Info

"Palmali"dən etiraf:

Gündəm
 30-01-2017, 17:23     993

"Palmali"dən etiraf:

Azərbaycanlı iş adamı, "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov haqqında yayılan xəbərlərə aydınlıq gətirilib.

"Palmali” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Azxeber.com-a açıqlamasında Mübariz Mənsimovla ABŞ Prezidenti Trampın şəkilinin fotoşop olduğunu təsdiqləyib:


"Palmali” şirkətlər qrupunun prezidenti ABŞ prezidentinin andiçmə mərasimində həqiqətən iştirak edib və orada müxtəlif şəxslərlə görüşüb. Mübariz Mənsimovun şəkilləri mətbuata ötürülən zaman şəkillər arasında öncədən hazırlanmış fotoshop olan şəkillər də göndərilib. Baş verən anlaşmazlıq texniki səhvin nəticəsində yaranıb. Ümid edirik ki, hər kəs bunu bu formada qəbul edər. Rəsmi şəkilləri ictimaiyyətə təqdim edirik”.

Qeyd edək ki, bu gün mətbuatda Mübariz Mənsimovla Trampın şəkili yayımlanıb. Sözügedən fotolar müzakirələrə səbəb olub və onun fotoşop olduğu ortaya çıxıb.

interposta.info

"Palmali"dən etiraf:
"Palmali"dən etiraf:
"Palmali"dən etiraf:
"Palmali"dən etiraf:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26