Interposta.Info

Qarabağ məsələsi bu yolla həll olunacaq -

Gündəm
 24-01-2017, 10:04     1 276

Qarabağ məsələsi bu yolla həll olunacaq -

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiya mediasına 2017-ci ildə gözlənilən siyasi proseslərlə bağlı fikirlərini açıqlayıb.

Jirinovski hazırda Rusiya Federasiyasının beynəlxalq arenadakı vəziyyətini qənaətbəxş sayıb: “Çindən qorxduqları kimi bizdən qorxmurlar. Bizdə Yaxın Şərqdəki kimi hərc-mərclik, Avropadakı kimi miqrant axını yoxdur. Və ABŞ Trampın hakimiyyəti dövründə Rusiya ilə konstruktiv münasibətləri bərpa etmək niyyətindədir.

Tramp bir biznesmen kimi Rusiya ilə münasibətlərin yaxşılaşırılmasını hesablayaraq bunu daha mənfəətli variant kimi görür”.

2017-ci ildə Rusiyanın dünya arenasında mövqeyi üçün düşərli olacağını bildirən Jirinovski qeyd edib ki, dəyişikliklər qaçılmazdır:

“Beynəlxalq vəziyyətə gəldikdə isə mövcüd durum qənaətbəxşdir, 2017-ci il olduqca parlaq il olacaq. Bu ildə əsaslı dəyişikliklər gözlənilir.

25 il əvvəl Sovet dönəmindən qalmış partiyaya məxsus elitanı dəyişdiyimiz kimi, ABŞ-da da Trampın iştirakı ilə ABŞ-da elita dəyişdiriləcək və bu zəncirvari olaraq Avropa ölkələrinə sirayət edəcək.

Almaniyada Angela Merkel seçkilərdə uduzacaq, əvəzində Sosial Demokrat, PEGİDA və Almaniya üçün Alternativ partiyaları müştərək olaraq 45 faiz səs yığacaqlar. Almaniya özü Avropa Birliyi tərkibində qalmaq istəmir, onlar tez bir zamanda bu təşkilatdan yaxa qurtarmağa çalışır. Əgər almanlar bunu əsaslı surətdə dərk edə bilsə, onda onlar azad olacaq.

Fransada sosialistlər sağçılara uduzacaq”.

Yaxın Şərqlə bağlı danışan partiya lideri qeyd edib ki. Rusiya Türkiyə və İranla yaxınlaşacaq və Antanta kimi bir birlik qurulacaq:

“Bu birliyin vəzifəsi yaxın Şərqdə vəziyyəti stabilləşdirmək olacaq. Tarix göstərdi ki, orda tək uğur qazanmaq mümkün deyil. Əfqanıstanda tək idik və az-çox nəyəsə nail olduq. Suriyada da faktiki olaraq təkik. Birləşsək, tamamilə başqa nəticələr əldə edə bilərik. Acgöz olmaq lazım deyil, Ankaranın maraqlarını təmin etmək üçün bir az Türkiyəyə, bir az da İrana vermək lazımdır.

Əgər Türkiyə ilə hazırkı münasibətlərimiz daha yüksək həddə qalxsa, Qarabağ problemi həll oluna bilər və müharibəyə ehtiyac qalmaz. Azərbaycan və Ermənistan bundan ancaq xeyir götürər. Türkiyə bizimlə müttəfiq olarsa, Krım tatarları daha sakit məcrada öz həyatlarını davam etdirər.

Biz Türkiyə ilə iqtisadi əlaqələrdə mübadilə vasitəsi kimi milli pul vasitələrindən istifadı edəcəyik və Türkiyəyə istirahətə gedən Rusiya vətəndaşları rus rublu ilə hesablaşa biləcəklər./axar.az

Bu hal Orta Asiya və Yaxın Şərqdə sakitliyi təmin etməyə şərait yaradar və bizim cənub sərhədlərinə təhdidlərimiz sonlanar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26