Interposta.Info

"Jurnalistlər gölməçələri çəkməkdənsə, arx açaydılar" -

Gündəm
 18-01-2017, 22:27     991

"Jurnalistlər gölməçələri çəkməkdənsə, arx açaydılar" -

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov növbəti dəfə qeyri-adi açıqlaması ilə gündəmə gəlib.

BakiPost.az xəbər verir ki, Bakı meri ATV-nin bu gün yayımlanan "Son xəbər” proqramına müsahibəsində Nərimanov rayonunda aparılacaq abadlıq işlərindən danışarkən KİV nümayəndələrinə replika atıb.

Sonuncu yağışlarda Binəqədi və Zabrat qəsəbələrini su basdığını xatırladan H.Abutalıbov jurnalistləri qurutma işlərinə mane olmaqda qınayıb: "Gedib o gölməçələri videoya çəkməkdənsə, yaxşı olardı jurnalistlər arx açardı ki, su axıb getsin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26