Interposta.Info

Hacıbala Abutalıbov BŞİH-də: hər gün işə gedir

Ölkə
 27-05-2018, 11:58     10 633

Bir aydan artıqdır Azərbaycan prezidenti İlham Əliyev sərəncamı ilə Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, aprelin 21-də Baş nazirinin müavini vəzifəsinə təyin edilib. H.Abutalıbovun boş qalmış vəzifəsinə isə müxtəlif şəxslərin adı adı çəkilsə də, hələlik təyinat yoxdur.

Maraqlısı olan odur ki, Hacıbala Abutalıbov Bakı meriyasından ayrıla bilmir. Criminal.az saytına daxil olan məlumata görə, H.Abutalıbov hər gün köhnə işinə baş çəkir. O, günün ilk yarısını Nazirlər Kabinetində, ikinci yarısını isə Bakı Şəhər İcra Hakimiyyətində keçirir.

interposta.info

Hacıbala Abutalıbov BŞİH-də: hər gün işə gedir

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26