Interposta.Info


Çində güclü zəlzələ - Minlərlə insan təxliyə edildi

Dünya
 18-05-2026, 09:45     198

Çinin Quansi-Çjuan muxtar rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Goldmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Seysmik aktivliyin episentri Liuçjou şəhərinin Liunan rayonunda, ocağı isə 8 km dərinlikdə yerləşib.
Zəlzələ son beş ildə ərazidə baş verən ən güclü zəlzələ olub. Luçjounun əhalisi 4 milyondan çoxdur.
"Nanfang ribao" qəzeti bildirib ki, təbiət hadisəsindən sonra 7000-dən çox insan təxliyə edilib, üç nəfər itkin düşüb.
Qeyd olunub ki, yeraltı təkanlar nəticəsində ən azı 13 yaşayış binasına ciddi ziyan dəyib, dörd nəfər xəstəxanaya yerləşdirilib. Təcili yardım xidmətləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26