Məişət zədəsi alan Litva Prezidenti əməliyyat olundu
Litva Prezidenti Gitanas Nauseda xəsarət aldığı üçün əməliyyat olunub.
"Report"un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti açıqlama yayıb.
Nauseda evdə olarkən məişət xəsarəti alıb. Bildirilib ki, onun sol biləyi zədələnib.
"Prezidentə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb", – deyə məlumatda qeyd olunub. Həkimlər əməliyyat aparıblar, lakin onun xarakteri açıqlanmayıb.
"Prezident gecəni xəstəxanada keçirəcək", – mətbuat xidməti əlavə edib.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

