Interposta.Info

ABŞ və Danimarka Qrenlandiya ilə bağlı danışıqlara başladı
 

Dünya
 29-01-2026, 11:35     41 941

ABŞ və Danimarka Qrenlandiyanın gələcəyi ilə bağlı danışıqlar aparır.

"İnterPosta""Bloomberg"-ə istinadən xəbər verir ki, tərəflər Arktikada ABŞ-ın daha güclü mövcudluq istəyini nəzərə almağa çalışır, lakin, eyni zamanda, Danimarkanın suverenliyini pozmamaq və Qrenlandiyanın ABŞ-a verilməsi məsələsini gündəmə gətirməmək niyyətindədirlər.

Məlumatda qeyd olunub ki, danışıqlar Donald Trampın ötən həftə "gələcək razılaşmanın çərçivələrinin” əldə olunduğunu bildirməsindən sonra baş tutub. Bu proses həm də Qrenlandiya ətrafında yaranmış siyasi gərginliyi yumşaltmaq cəhdi kimi qiymətləndirilir.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26