İsrailin İrana hava zərbələri nəticəsində ölən jurnalistlərin sayı və ADLARI AÇIQLANDI

İsrailin iyunun 13-də İrana qarşı başlayan və 12 gün davam edən hava zərbələri nəticəsində doqquz iranlı jurnalist ölüb.
"İnterPosta" bu barədə İran Dövlət Televiziya və Radio Şirkətinə (IRIB) istinadla xəbər verir.
Həyatını itirən jurnalistlər arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin qızı Fereşte Baqiri də var.
Bildirilir ki, İsrailin iyunun 16-da İran Dövlət Televiziya və Radio Şirkətinin binasına hava zərbəsi zamanı iki jurnalist ölüb.
Ölən doqquz jurnalist:
Fereşte Baqiri
İhsan Zakiri
Əli Təhmasebi
Muin Nəzəri
Ramazan Əli Çubdari
Əmir Hüseyn Tavusi
Məhəmməd Cavad Elvendi
Məsum Əzimi
Nima Rəcəbbur
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26