Britaniya Qətərdəki vətəndaşlarını olduqları yeri tərk etməməyə çağırıb

Böyük Britaniya hökuməti Qətərdəki vətəndaşlarını növbəti xəbərdarlığa qədər olduqları yeri tərk etməməyə çağırıb.
“İnterPosta” xəbər verir ki, göstəriş Britaniya hökumətinin saytında dərc edilib.
Daha əvvəl ABŞ-nin Qətərdəki səfirliyi öz vətəndaşlarına oxşar çağırış edib. Səbəb kimi "ehtiyat tədbirləri" göstərilib.
"Birləşmiş Ştatların xəbərdarlığından sonra, ehtiyat tədbiri olaraq, Qətərdəki Böyük Britaniya vətəndaşlarına növbəti xəbərdarlığa qədər yerində qalmağı tövsiyə edirik", - məlumatda bildirilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26