Interposta.Info

İsrailin hücumları zamanı Tehranda 78 nəfər həlak olub - YENİLƏNİB-2
 

Dünya
 13-06-2025, 16:31     44 567

İsrailin Tehranın yaşayış rayonlarına hücumları nəticəsində azı 78 nəfər həlak olub, daha 329 nəfər xəsarət alıb.

“İnterPosta” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

14:48
İsrailin İranın şimal-qərbindəki Təbriz şəhərinə endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub, 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” yerli hakimiyyət orqanlarına istinadən bildirib.

11:25
İsrail Hərbi Hava Qüvvələrinin İranın Təbriz şəhərinə hücumu nəticəsində ən azı üç nəfər həlak olub.

“İnterPosta” TASS-a istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin rəhbəri bildirib.

"İsrailin Təbrizə hücumu nəticəsində üç həmvətənimiz həlak olub", - “Tasnim” agentliyi məmurun sözlərindən sitat gətirir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26