Hindistanla münaqişədə Pakistanın 11 hərbçisi və 40 mülki şəxsi həlak olub

Pakistanda Hindistanla son münaqişə zamanı 11 hərbçi həlak olub.
"İnterPosta" xəbər verir ki, bu barədə "Pakistan Dawn" portalı hərbi komandanlığa istinadən məlumat yayıb.
"11 hərbçi həlak olub, 78 nəfər yaralanıb", - Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətindən bildirilib.
Qurumdan o da qeyd edilib ki, 40 mülki şəxs həlak olub, onlardan yeddisi qadın, 15-i uşaqdır. Yaralananların sayı isə 121 nəfərdir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26