Interposta.Info

Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
 

Dünya
 5-05-2025, 09:11     19 349

ABŞ Prezidenti Donald Tramp müəyyən məqamda Çinə qarşı idxal rüsumlarını azaldacağını, çünki bu addım olmadan Vaşinqton və Pekinin bir-biri ilə biznes apara bilməyəcəklərini açıqlayıb.

“InterPosta” xəbər verir ki, bu barədə Amerika lideri “NBC News” telekanalına müsahibəsində danışıb.

“Hansısa məqamda mən onları (rüsumları – red.) azaldacağam, çünki əks halda biz onlarla biznes apara bilməyəcəyik”, – o, müvafiq suala cavabında bildirib, lakin belə bir qərar qəbul edə biləcəyi zaman çərçivəsini göstərməyib.

Trampın sözlərinə görə, Çin ABŞ ilə sahibkarlıq fəaliyyəti aparmağı “son dərəcə çox” istəyir, çünki ÇXR-in iqtisadiyyatı hazırda “özünü çox pis hiss edir”.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26