“Time” jurnalı Trampı "ilin adamı" elan edib

“Time” jurnalı Trampı ilin adamı elan edib
“Time” jurnalı ABŞ-nin seçilmiş Prezidenti Donald Trampı "ilin adamı" adlandırıb.
“Report” xəbər verir ki, bu barədə jurnalın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Xatırladaq ki, ABŞ-də prezident seçkilərində qalib gələn Donald Tramp, onun müttəfiqi, iş adamı İlon Mask, biznesmen Mark Zukerberq, ABŞ-nin vitse-prezidenti Kamala Harris və bir sıra digər şəxslər “Time” jurnalının versiyası üzrə 2024-cü il üçün "İlin adamı" adına namizədlərin qısa siyahısına daxil edilmişdi.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26