Gürcüstan prezidenti parlament seçkilərini tanımaqdan imtina edib

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərini tanımaqdan imtina edib.
APA TASS-a istinadən xəbər verir ki, o, həmçinin parlament seçkilərində total saxtakarlıq olduğunu bildirib.
"Bu gün burada ölkədə qalan yeganə müstəqil institut kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram. Çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, saxtakarlıq, səslərinizin tamamilə oğurlanması idi", - dövlət başçısı vurğulayıb.
Zurabişvili vətəndaşları oktyabrın 28-də dinc etiraz aksiyasına çağırıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26