Interposta.Info

Ərdoğan: Ankarada törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib
 

Dünya
 24-10-2024, 15:03     45 003

Ərdoğan: Ankarada törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib
Ötən gün Ankarada TUSAŞ-ın müəssisəsində törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib.

"Report"un Kazana ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının genişləndirilmiş iclasında deyib.

O, Ankarada 5 nəfərin həyatına son qoyan terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı verən ölkələrə təşəkkür edib.

Qeyd edək ki, ötən gün terrorçuların Ankaranın Kahramankazan rayonunda TUSAŞ-ın müəssisəsinə hücumu nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26