Françesko Korvaro: Dünya dövlətləri iqlim dəyişiklikləri ilə bağlı addımlar atmalıdır

Françesko Korvaro: Dünya dövlətləri iqlim dəyişiklikləri ilə bağlı addımlar atmalıdırFrançesko Korvaro
Dünya dövlətləri həm inkişafı ləngitməməli, həm də iqlim dəyişiklikləri ilə bağlı addımlar atmalı, hesabatlar təqdim etməlidirlər.
"Report" xəbər verir ki, bunu COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsu Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, inkişaf dinamikası və iqlim problemləri ilə mübarizə sahəsində şəffaflığı eyni səviyyədə saxlamaq çətindir:
"Bakıda keçirilən COP29 tədbiri bütün təşəbbüslər arasında sinergiya yaratmağa çalışır. Biz ehtiyacı olan bütün tərəflərə kömək etməliyik. İtaliya ölkələrə iqlim hesabatları ilə bərabər, potensialın artırılmasına da dəstək olmağa hazırdır".
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26