Interposta.Info

İsrail ABŞ-dən 8,7 milyard dollarlıq yardım paketi alacaq
 

Dünya
 26-09-2024, 20:40     47 531

İsrail ABŞ-dən 8,7 milyard dollarlıq yardım paketi alacaq
İsrail ABŞ-dən davam edən hərbi səyləri dəstəkləmək məqsədi ilə 8,7 milyard dollarlıq yardım paketi alacaq.

“Report” “newsru.co”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamirin ABŞ-dən yardım paketi almağa dair Vaşinqtonda keçirdiyi danışıqlar başa çatıb.

İsrailin bu paket çərçivəsində yardım alacağı vaxt və silah barədə rəsmi məlumatda bildirilməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26