Ukraynada daha bir azərbaycanlı həlak oldu
Ukrayna-Rusiya müharibəsində daha bir azərbaycanlı həlak olub.
"İnterPosta"Qafqazinfo-ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşən Emil Ağabəyov ölüb.
Bildirilib ki, Emil müharibənin ilk günlərindən könüllü şəkildə döyüşlərə qoşulub. O, dünən Xarkov istiqamətində gedən döyüşlərdə həlak olub.
E.Ağabəyovun 2 övladı yadigar qalıb.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

