Interposta.Info

Ukraynada azərbaycanlı zabit və 2 qardaş həlak olub

Gündəm
 16-11-2022, 13:15     322

Ukraynada azərbaycanlı zabit və 2 qardaş həlak olub
Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik leytenantı Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub.

Bundan başqa, Ukraynanın Xerson vilayətinin hələ ki işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olub. Ölən gənclərin yaxınları ərazinin hələlik Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26