Interposta.Info

Azərbaycan və Qazaxıstan hərbçiləri çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetirib
 

Dünya
 22-08-2024, 18:39     52 537

Azərbaycan və Qazaxıstan hərbçiləri plana uyğun olaraq, çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetirib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin birinci günündə iştirakçılara dağçılıq ləvazimatlarından istifadə, sıldırım qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi üzrə təlimat-metodiki məşğələlər keçirilib.

Manevrdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminə Cunqariya Alatausu dağlarında start verilib.

İnterPosta.info

Azərbaycan və Qazaxıstan hərbçiləri çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetirib
 



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26