Interposta.Info

Rusiya kəşfiyyatçıları Ermənistanın dağlıq ərazilərində xüsusi təlim keçəcək

Dünya
 1-09-2022, 12:39     237

Cənub Hərbi Dairəsinin mətbuat xidməti xəbər verir ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri yüksək dağlıq ərazilərdə xüsusi taktiki təlim keçəcəklər.

Qaynarinfo bu barədə Sputnik ermənistan-a istinadla xəbər verir.

Xüsusi təyinatlı dəstə müxtəlif mürəkkəblikdə olan qayalıq əraziləri aşmaq, dağ çayları və dərələri keçmək üzrə məşq edəcək. Tapşırıqlar sırasına, həmçinin oksigen aclığı şəraitində dağlarda sağ qalmaq və təhlükəsiz davranış bacarıqlarını aşılamaq daxildir.

Hərbçilər xəritədə relyefin orientasiyası, azimutlarla hərəkət etmək tapşırıqlarını yerinə yetirəcəklər. Kəşfiyyatçılar həmçinin dırmanma avadanlıqlarından istifadənin müxtəlif yollarını işləyəcəklər.

Təlimin yekun mərhələsində hərbi qulluqçular dağlıq ərazilərdə kəşfiyyat-axtarış fəaliyyətini həyata keçirəcək, müxtəlif formalı dağlıq relyeflərdə sığınacaqları təchiz edəcək, dağlıq meşəlik ərazilərdə yüksək sürətlə atəş və kəşfiyyat işləri aparacaqlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26