Interposta.Info

Hindistan Zelenski ilə Putin arasında mesajların ötürülməsinə razılıq verdi - "Bloomberg"
 

Dünya
 19-08-2024, 20:06     21 652

Hindistanın baş naziri Narendra Modi Rusiyanın Ukraynadakı müharibəsinin dayandırılmasında vasitəçi rolunu istisna edib. Bununla belə, Nyu Dehli Ukrayna prezidenti Volodimir Zelenski ilə Kreml rəhbəri Vladimir Putin arasında mesajların ötürülməsinə razılıq verib.

Bu barədə "İnterPosta""Bloomberg”ə istinadən xəbər verir.

Hindistan rəsmiləri Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsi ilə başlayan müharibəyə son qoymaq üçün dialoq və diplomatiyaya çağırır.

Modinin Ukraynaya səfəri onun Rusiyaya səfərindən həftələr sonraya təsadüf edir və bu, Vaşinqtonda qəzəb doğurub.
ABŞ prezidenti Co Bayden administrasiyası Hindistanla daha sıx əlaqələri xarici siyasətinin təməl daşına çevirib. ABŞ rəsmiləri iyul ayında hindistanlı həmkarları ilə bir sıra görüşlərdə və telefon danışıqlarında Rusiya səfərindən narahat olduqlarını bildiriblər.

Modinin müharibənin sona çatması üçün vasitəçilik etmək istəməməsi qismən Hindistanın ucuz neft və silahlara görə Rusiyadan asılılığı ilə izah olunur. Yeni Dehli artıq üçüncü ildir ki, Ukraynanın işğalı ilə bağlı Moskvanı tənqid etməkdən çəkinib və Rusiya neftinin alışını rekord səviyyəyə çatdırıb.

Ukraynanın nöqteyi-nəzərindən Zelenskinin Hindistanın regionda sülhün bərpasında rolunu müzakirə etmək üçün Modi ilə görüşməsi vacibdir.bu barədə məsələ ilə tanış olan şəxs deyib.
Hindistan Zelenskinin Qlobal Cənubun əsas ölkələrini öz tərəfinə çəkmək istəyində mərkəzi yer tutur. İyun ayında İsveçrədə keçirilən sammitdə yekun bəyanatı imzalamayan ölkələr arasında Hindistan da olub. Bu da Ukraynanın Rusiyanın işğalına qarşı müharibədə dəstəyi genişləndirmək səylərinə zərbə hesab edilib.

Gündəliklə tanış olan insanların fikrincə, Modi ilə görüşün nəticəsi olaraq hansısa səs-küylü bəyanatların veriləcəyi ehtimalı azdır, baxmayaraq ki, kənd təsərrüfatı və müdafiə də daxil olmaqla bir sıra razılaşmalar işlənilir.

Ukraynaya səfər etməzdən əvvəl Modi Polşaya da səfər edəcək ki, bu da Hindistan liderinin son 40 ildə ilk səfəri olacaq.\qaynarinfo.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26