Interposta.Info

Etna vulkanı püskürməyə başladı (FOTO/VİDEO)

Dünya
 16-08-2024, 11:27     44 876

İtaliyanın Siciliya bölgəsində Etna vulkanında güclü püskürmə baş verib.

Qaynarinfo "The Warchers"a istinadən xəbər verir ki, avqustun 14-də Voragine kraterində yeni püskürmə başlayıb və növbəti bir neçə saat ərzində güclü lava püskürməsinə çevrilib.

Nəticədə aviasiya rəng kodu narıncıdan qırmızıya yüksəldilib. Lava ilə birlikdə vulkan qalın kül kütələsi atıb.

Bildirilir ki, vulkanın zirvəsində lava fəvvarəsi dəniz səviyyəsindən təxminən 9,5 km yüksəkliyə çatıb.

Etna dağı İtaliyanın Siciliya adasının şərq sahilində yerləşən dünyanın ən məşhur və aktiv vulkanlarından biridir. Bu, Avropanın ən yüksək aktiv vulkanıdır və 1190 kvadrat kilometrdən çox ərazini əhatə edir.

Qeydə alınan ən erkən püskürmə eramızdan əvvəl 1500-cü ilə aiddir. Vulkan bu günə qədər püskürməyə davam edir, tez-tez zəlzələlərə və lava axınlarına səbəb olur. Ən böyük püskürmələrdən biri 1669-cu ildə, lava Kataniya şəhərinə çatanda baş verib.

2013-cü ildə Etna YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
https://x.com/localteamit/status/1823871148397903915

https://x.com/citiesval/status/1823971847949431081

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26