Interposta.Info

"Macarıstanın mövqeyi Aİ-də hamını qıcıqlandırır" - Sikorski

Dünya
 29-07-2024, 15:12     24 498

Macarıstan Avropa İttifaqında (Aİ) getdikcə təcrid olunmuş görünür. Budapeştin mövqeyi siyasi birliyin digər üzvlərini qıcıqlandırır.

"İnterPosta" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Radoslav Sikorski "Visegrad Insight”a müsahibəsində bildirib.

XİN rəhbərinin dediyi kimi, Aİ Xarici Əlaqələr Şurasının son iclasında Macarıstan öz mövqeyinə dəstək almayıb.

"Üstəlik, onlar (macarlar - red.) neft tədarükü məsələsində Avropa ilə həmrəylik istəyənlər kimi təcrid olunmuş görünürlər. Onlar bu həmrəyliyi əldə etmirlər, çünki kimsə eqoistlik nümayiş etdirirsə, dost tapması çətin olur”, - Polşanın xarici işlər naziri bildirib.

Sikorskinin sözlərinə görə, Aİ Şurasının iclası zamanı Macarıstanın sədrliyi dövründə xarici işlər nazirlərinin görüşlərindən birinin harada keçiriləcəyi məsələsi də qaldırılıb: Budapeştdə, yoxsa Brüsseldə. Polşalı nazir də öz növbəsində kompromis kimi görüşün Ukraynada keçirilməsini təklif edib.

"Mən kompromis kimi onun Ukraynada - ya Lvovda, hətta Mukaçevoda keçirilməsini təklif etdim. İlkin olaraq Macarıstanın xarici işlər naziri tərəfindən coşğu ilə qarşılandı. Xatırladım ki, iki il əvvəl Şuranın iclası Kiyevdə keçirilən zaman artıq presedent yaradılıb”, - Sikorski izah edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26