Interposta.Info

Ceyhun Bayramov Macarıstana rəsmi səfərə getdi

Siyasət
 4-09-2023, 10:37     214


Sentyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.

Bu barədə "İnterPosta"ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, C.Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın XİN başçısı səfər çərçivəsində Macarıstanın diplomatik nümayəndəlikləri rəhbərlərinin konfransında da çıxış edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26