ABŞ prezidenti COVID-19-a yoluxub

ABŞ Prezidenti Co Bayden koronavisrusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat yayıb. O bildirib ki, prezident əvvəlcədən peyvənd olunub və xəstəliyi yüngül simptomlarla keçirir. Co Bayden Delaverə gedərək özünütəcrid rejimində işləyəcək.
Xəstəliyə görə Co Baydenin Las-Veqas səfəri təxirə salınıb. Onun "UnidosUS” təşkilatının konfransında çıxışı nəzərdə tutulurdu.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26