Interposta.Info

ABŞ Prezidenti koronavirusa yoluxdu

Dünya
 21-07-2022, 18:43     242

ABŞ Prezidenti Cozef Bayden koronavirusa yoluxub.

"İnterPosta" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçısının koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb. Hazırda Bayden təcrid olunub və öz səlahiyyətlərini həyata keçirməkdə davam edir.

"O, tam peyvənd olunub və iki dəfə buster doza vurdurduğu üçün çox yüngül simptomlar yaşayır. "Paxlovid” preparatı qəbul etməyə başlayıb. Təlimatlara uyğun olaraq, o, Ağ Evdə təcrid olunacaq və bu müddət ərzində bütün vəzifələrini yerinə yetirməyə davam edəcək. O, bu səhər Ağ Ev işçilərinin üzvləri ilə telefonla əlaqə saxlayıb və Ağ Evdə planlaşdırılan görüşlərində telefon və "Zoom” vasitəsilə iştirak edəcək. Prezident, Ağ Evin protokoluna uyğun olaraq, testin nəticəsi neqativ çıxana qədər təcrid olunmuş şəkildə çalışmağa davam edəcək”, deyə Ağ Evin məlumatında deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26