Interposta.Info

Orbanın əsas rəqibi Kiyevə səfərə gəldi
 

Dünya
 11-07-2024, 14:46     42 398

Orbanın əsas rəqibi Kiyevə səfərə gəldi
Cümə axşamı, iyulun 11-də Macarıstanın baş naziri Viktor Orbanın əsas rəqibi və müxalif Tiza partiyasının lideri Peter Madyar Kiyevə səfərə gəlib.

"İnterPosta" xəbər verir ki, bu barədə o, Facebook-da yazıb.

O, Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olan on minlərlə qurbanın xatirəsinə ucaldılmış abidənin divarında Ukraynanın həlak olan müdafiəçilərini yad edib.
Madyarın sözlərinə görə, təhlükəsizlik baxımından canlı mətbuat konfransı Macarıstan vaxtı ilə saat 11:00 (Bakı vaxtı ilə 13.00) radələrində baş tutacaq.

"İndi Rusiya təyyarələri Ukrayna hava məkanına doğru gəlir. Hava həyəcanı olacağı təqdirdə mətbuat konfransımız gecikə bilər”, - o yazıb.

Daha əvvəl Madyar Kiyevə səfərini və Rusiyanın Oxmatdet Xəstəxanasına raket hücumundan sonra ukraynalı uşaqlar üçün humanitar yardım topladığını elan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26