Interposta.Info

Çin tarixində ən yüksək göstərici: qətllərin açılması 99,94%-ə çatıb

Dünya
 27-05-2024, 19:22     35 377

Çində qətllərin açılması 99,94%-ə çatıb ki, bu da ölkə tarixində ən yüksək göstəricidir.

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Li Quoçjon məlumat yayıb.

Li bildirib ki, 2023-cü ildə ölkə üzrə qeydiyyata alınan oğurluq, quldurluq və dələduzluq hallarının sayı 2019-cu illə müqayisədə 31,4%, ölkə üzrə insan alveri hadisələrinin sayı isə 66,6% azalıb. Bundan başqa, nazirliyin məlumatına görə, beş il ərzində ticarət, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, ətraf mühitin mühafizəsi və əqli mülkiyyət sahəsində cinayətlərlə bağlı 354 min cinayət işinin üstü açılıb.

Məruzəçi onu da qeyd edib ki, hesabat dövründə 5200-dən çox cinayətkar dəstə ləğv edilib, bu qruplaşmalara daxil olan və ölkənin digər rayonlarında və ya xaricdə gizlənməyə cəhd edən 1600-dən çox şəxs saxlanılıb. Beş il ərzində 1482 polis əməkdaşı vəzifə borcunu yerinə yetirərkən həlak olub, 25 min polis əməkdaşı yaralanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26