Interposta.Info

Çində koronavirusdan ölənlərin sayı 132-ə, yoluxanların sayı 5,9 min nəfərə çatıb

Ölkə
 29-01-2020, 09:33     242

Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.

Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2019-nCoV koronavirusa yoluxanların sayı 5,974 nəfərə çatıb. Dövlət komitəsinin məlumatına görə, virusdan ölənlərin sayı 132 nəfərə çatıb.

Nazirliyin xəbərində qeyd edilir ki, 1239 nəfərin vəziyyəti ağırdır. Məlumata görə, daha 9,2 min nəfərin koronavirusa yoluxduğu ehtimal edilir. Lakin bu diaqnozlar hələ təsdiqlənməyib.

Çində bu virusla bağlı karantində 60 mindən çox insan var./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26