Orta ömür uzunluğunun ən aşağı olduğu Avropa ölkəsi açıqlandı

Almaniyada gözlənilən ömür uzunluğu Qərbi Avropada ən aşağı göstəricidir.
"İnterPosta" xəbər verir ki, bu barədə "Eurostat" məlumat yayıb.
Onun hesablamalarına görə, Almaniyada orta ömür uzunluğu 81,2 ildir. Bu, Qərbi Avropa və Skandinaviyanın bütün digər ölkələrindən azdır. Bu göstərici yalnız keçmiş sosialist düşərgə ölkələrində daha da aşağıdır.
Almaniya hakimiyyətinin məlumatına görə, hazırda Almaniya yaşayış səviyyəsinə görə Qərbi Avropanın orta göstəricisindən 1,7 il geri qalır. 25 il əccəl bu göstərici 0,7 il idi.
Həkimlərin fikrincə, Almaniyada erkən ölüm hallarının əsas səbəbi ürək-damar xəstəlikləridir. Bu, ölkədə siqaret və alkoqol istehlakının yüksək səviyyədə olması, eləcə də kifayət qədər sağlam qidalanmama ilə əlaqədardır.\qaynarinfo
İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26