Interposta.Info

İran prezidenti vəzifəsini o icra edəcək (FOTO) 

Dünya
 20-05-2024, 09:19     22 405

İranın 1-ci vitse-prezidenti Məhəmməd Moxber İran prezidentinin vəzifəsini icra edəcək.

Publika.az xəbər verir ki, İran konstitusiyasının 131-ci maddəsinə əsasən, İran prezidenti öldükdə, vəzifəsindən uzaqlaşdırıldıqda, istefa verdikdə, 2 aydan çox xəstələndikdə İranın Ali Liderinin razılığı əsasında 1-ci vitse-prezident prezidentin vəzifələrini müvəqqəti icra edir.

İran konstitusiyasına əsasən, maksimum 50 gün ərzində yeni prezident seçilməlidir.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26