Interposta.Info

İsrail hərbi kəşfiyyatının rəhbəri istefa verdi

Dünya
 22-04-2024, 15:01     25 228

İsrail hərbi kəşfiyyatının rəhbəri general-mayor Aharon Haliva istefa verib və varisi təyin olunan kimi vəzifəsini tərk edəcək.

"İnterPosta" "BBC-nin Rus xidməti”nə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.

İsrail Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi general-mayor Haliva keçən il bildirib ki, HƏMAS-a oktyabrın 7-də İsrailə hücumu həyata keçirməyə imkan verən kəşfiyyat uğursuzluqlarına görə məsuliyyəti öz üzərinə götürür.

İsrail Müdafiə Qüvvələrinin "Telegram"da dərc olunan press-relizinə görə, hazırda 56 yaşlı Haliva "7 oktyabr hadisələri ilə əlaqədar” istefaya göndərilməsini istəyib.

Baş Qərargah rəisi Hertsi HaLevi "general-mayor Aharon Halivaya İsrail ordusunda 38 illik xidmətinə və bu müddət ərzində İsrailin təhlükəsizliyinə mühüm töhfə verdiyinə görə təşəkkür edib".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26