Interposta.Info

Kurqan vilayətində 62 yaşayış məntəqəsi su altında qala bilər
 

Dünya
 9-04-2024, 15:13     78 146

Rusiyanın Kurqan vilayətinin Fövqəladə Hallar Nazirliyi regionun 62 yaşayış məntəqəsində daşqın təhlükəsi barədə xəbərdarlıq edib.

"İnterPosta" xəbər verir ki, TASS bu barədə nazirliyə istinadən məlumat yayıb.

Eyni zamanda, daşqın zonasında rayonun inzibati mərkəzi - Kurqan şəhərinin 16 mikrorayon və bir sıra digər əraziləri var.

Təhlükəli vəziyyətə səbəb kimi Qazaxıstanda qarın əriməsi səbəbindən su anbarlarından suyun axıdılmasının 50 dəfə artması göstərilir. Hava limanı, 30-dan çox körpü və beş sənaye obyekti sel zonasında olacaq.

Bundan əvvəl Kurqan vilayətinin Zverinogolovskoye kəndində məcburi təxliyə başlayıb. Prorıvnoye, Ozernoye, Buqrovoye, Verxnyaya Alabuqa kəndləri də boşaldılır. Bütün əhalidən daşqın zonasını dərhal tərk etmələri xahiş olunur. Bundan az əvvəl rayonda muzey eksponatlarının təxliyyəsinə başlanılıb.\qaynarinfo.az


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26