Interposta.Info

Ötən ay sərhəddə bir milyon manatlıq qaçaqmal aşkarlanıb (FOTO)

Dünya
 2-04-2024, 16:04     32 343

Bu ilin mart ayında sərhəddə ümumi dəyəri 1 milyon 122 min 461 manat olan qaçaqmal saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin 2024-cü ilin mart ayı ilə bağlı məlumatında qeyd edilib.

Məlumatda deyilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 122 min 461 manat оlan qaçaqmal, о cümlədən tüfəng, patron, ABŞ və RF valyutası, GPS avadanlıq, elektroşok, balıq, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.
Bundan başqa, narkоtik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 178 kiloqram 597 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 8 178 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26