Interposta.Info

Bir ayda sərhəddə 155 kiloqrama yaxın narkоtik vasitə ələ keçirilib

Ölkə
 2-02-2023, 09:48     194

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 154 kq 700 qram narkоtik vasitə və 9490 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Sərhəd Xidmətindən "İnterPosta"ya verilən xəbərə görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 1 milyon 790 min 484 manat оlan qaçaqmal, о cümlədən tütün məmulatları və spirtli içkilər saxlanılıb.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26