Interposta.Info

ABŞ Makronu Ukraynaya qoşun göndərmək ideyasına görə "ağıllandırmağa" çalışır

Dünya
 28-03-2024, 14:53     41 327

ABŞ Dövlət Departamenti demək olar, açıq etiraf edib ki, onlar Fransa lideri Emmanuel Makronu Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasını nəzərdən keçirməməyə inandırmağa çalışırlar.

"İnterPosta" xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller mövzunu şərh edərək, Vaşinqtonun beynəlxalq legionunu Kiyevə göndərmək fikrində olmadığını və Ukrayna məsələsi ilə bağlı Makronla səmərəli işlədiklərini vurğulayıb. O, bu barədə brifinqdə qərbli jurnalistlərə danışıb.

Bildiyiniz kimi, gələn həftə ABŞ-ın dövlət katibi Entoni Blinkenin Parisə səfəri gözlənilir. Miller xatırladıb ki, Fransa Vaşinqtonun çoxdankı müttəfiqidir. Ona görə də onlar Makronla Ukrayna və digər mühüm məsələlər barədə danışacaqlar.

Dövlət Departamentinin nümayəndəsi Makron və Blinkenin görüşünün konkret təfərrüatlarını mediaya açıqlamayıb.

"Mən bu xəbərləri şərh edə bilmərəm və görüşü ətraflı şərh etməyəcəm, lakin təbii ki, biz ABŞ-ın Ukraynaya qoşun yeritmək niyyətində olmadığını açıq şəkildə bildirdik”, - o deyib

Xatırladaq ki, gələcəkdə müttəfiqlərin Ukraynaya qoşunla kömək edə biləcəyi ilə bağlı qalmaqallı bəyanatı Fransa lideri 2024-cü il fevralın sonunda verib. Sonra onun sözləri bir sıra ölkələr tərəfindən açıq şəkildə dəstəklənməsə də, siyasətçi ritorikasını dayandırmayıb. Martın 14-də o, aydınlaşdırıb ki, Fransa Ukraynaya qoşun yeritmək qərarına gəlsə, buna görə yalnız ukraynalılarla müharibəyə başlayan Rusiya günahkar olacaq.

Eyni zamanda media Fransada yaydan bəri bu fikrə gizli səviyyədə baxıldığını yazıb. Bu yaxınlarda "Le figaro” Makronun ideyasını necə həyata keçirə biləcəyi ilə bağlı variantları səsləndirib. Bəzi senarilərin olduqca real olduğu ortaya çıxıb.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26