Interposta.Info

ABŞ İordan çayının qərb sahilində yaşayan israillilərə qarşı yeni sanksiyalar elan etdi

Dünya
 15-03-2024, 12:39     42 287

ABŞ Dövlət Departamenti işğal altında olan İordan çayının qərb sahilində daha bir neçə israilli məskuna qarşı sanksiya tətbiq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ prezidentinin yerli Fələstin əhalisinə qarşı aqressiv davranan və bununla da bölgədə gərginliyi artıran israilli köçkünlərə qarşı tədbirlər haqqında imzaladığı sərəncamdan sonra daha üç israilli köçkün və İordan çayının qərb sahilindəki iki əlaqəli təsərrüfat ABŞ sanksiyalarına məruz qalıb.

Xüsusilə, ABŞ-ın fikrincə, söhbət bu israillilərin yerli fələstinlilərə və onların müdafiəsinə qalxmağa çalışan, torpaqlarından istifadə etmələrinə mane olan israilli hüquq müdafiəçilərinə qarşı hədə-qorxu və hücumlardan gedir.

Sanksiyaları açıqlayan Dövlət Departamentinin sözçüsü Mett Miller qeyd edib ki, HƏMAS-ın İsrailə hücumundan sonra İordan çayının qərb sahilində israilli mühacirlər tərəfindən hücumlar əhəmiyyətli dərəcədə artıb.

Nümayəndə vurğulayıb ki, ABŞ-ın nöqteyi-nəzərindən dinc əhaliyə qarşı bu insanların etnik mənşəyindən və dinindən asılı olmayaraq heç bir hədə-qorxu və zorakılığa haqq qazandırmaq olmaz.

İsrailin milli təhlükəsizlik naziri Itamar Ben Gvir cavab olaraq bildirib ki, sanksiyalar ABŞ-ın "kimin düşmən, kimin dost olduğunu anlamadığını” nümayiş etdirir.

Xatırladaq ki, bu yaxınlarda ABŞ Senatının Demokratlar Partiyasının lideri Çak Şumer İsraildə yeni seçkilərin keçirilməsinə çağırıb, baş nazir Benyamin Netanyahunu sülhə maneə kimi kəskin tənqid edib.

KİV-in məlumatına görə, Ağ Ev Qəzza zolağının cənubunda HƏMAS yaraqlılarına qarşı həyata keçirdiyi əməliyyatda İsraili dəstəkləmək imkanını nəzərdən keçirir, bir şərtlə ki, bu, fələstinli mülki vətəndaşlar üçün ən az riskə malik yaraqlılara qarşı məqsədyönlü hərəkətlər olsun.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26