Interposta.Info

Soyuq müharibədən bəri Navalnının ilkin ölüm səbəbi açıqlandı (YENİLƏNİB)

Dünya
 16-02-2024, 16:01     46 941

Aleksey Navalnı qan laxtalanmasından (tromb) vəfat edib.

"İnterPosta" xəbər verir ki, bu barədə RT mənbələrə istinadən məlumat yayıb.

"Baza"nın xəbərinə görə, Navalnının bu gün saat 13:00 radələrində vəziyyəti pisləşib. Onun üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq, Navalnı saat 14:17-də vəfat edib.

"Həkimlər Aleksey Navalnının ölümünün səbəblərini öyrənməlidirlər". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Navalnının ölümü ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verilib. O, həmçinin qeyd edib ki, Federal Penitensiar Xidmət bütün yoxlamaları həyata keçirir: "Burada xüsusi göstərişlərə ehtiyac yoxdur”.

15.26

Aleksey Navalnı cəzaçəkmə müəssisəsində vəfat edib.

"İnterPosta" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında idi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26