Interposta.Info

İsveç və Fin diplomatlar Navalnının məhkəməsinə gəldilər

Dünya
 20-02-2021, 12:08     494

Moskvanın Babuşkinski Məhkəməsində Aleksey Navalnının iki şənbə məhkəməsi İsveç və Finlandiya diplomatları tərəfindən izləniləcək.

Qaynarinfo xəbər verir ki, onlar artıq məhkəmə binasına gəliblər. Polşa və Litvadan da diplomatlar da məhkəməyə gəlib.

Qeyd edək ki, Rusiya müxalifət lideri Aleksey Navalnı bu gün öz iştirakı ilə iki iclasın keçiriləcəyi Babuşkinski məhkəməsinə aparılıb. O, "İv Roşe” işində şərti cəzasının real cəzaya çevrilməsinə qarşı şikayəti və veteran İqnat Artemenkoya qarşı böhtan işi ilə bağlı məhkəmə iclaslarında iştirak edəcək.

Məhkəmə salonunda jurnalistlərə Navalnının fotosunu çəkməyə icazə verilsə də, video çəkiliş qadağan edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26