Interposta.Info

Gözlənilən olmadı: Putinin Karlsonla müsahibəsi Qərb üçün sensasiyaya çevrilmədi

Dünya
 9-02-2024, 15:19     42 830

Rusiya təbliğatçılarının az qala bir həftədir danışdıqları Taker Karlsona müsahibəsində Vladimir Putin prinsipial olaraq yeni heç nə deməyib. Qərb mediası buna diqqət yetirsə də, kiçik qeydlərlə məhdudlaşıblar.

"İnterPosta" xəbər verir ki, müsahibə haqqında məlumat verən dünya nəşrləri müxtəlif məqamlara diqqət çəkib.

"Reuters" və "Spiegel" ki, Rusiya, Putinə görə, Polşa və ya Latviyaya hücumda maraqlı deyil.

"Bloomberg" yazıb ki, Putin Qerşkoviç haqqında danışıb və Ukraynaya silah tədarükünü dayandırmağı tələb edib.

"Le Monde” qəzetinin manşetində yazıb ki, Putinin sözlərinə görə, Rusiya Ukraynada məğlub edilə bilməz.

Qerşkoviç "The Wall Street Journal", "Financial Times", "The New York Times", "Politico", BBC, CNN tərəfindən müsahibənin əsas xəbəri hesab edilib.

Bu nəşrlərin heç biri üçün Putinin müsahibəsi əsas xəbər olmayıb. Rusiyanın dövlət mediasında və hakimiyyətə sadiq olan bəzi nəşrlərdə müsahibə mərkəzi yer tutub. Onların arasında: "RİA Novosti", TASS, "Vedomosti", "Kommersant", "Rossiyskaya qazeta" var.

Müsahibəni şərh edən "The Wall Street Journal” qeyd edib ki, bu, Putinə əsas məqamda - Konqresdə Ukraynaya əlavə yardımın müzakirə olunduğu vaxtda amerikalılarla birbaşa danışmaq imkanı verib. Bundan əlavə, Putin prezident seçkilərinə az qalmış Rusiya auditoriyasına özünü Qərbdə eşitdirə biləcəyini göstərmək imkanı əldə edib.

Qeyd edək ki, Rusiya mətbuatında Putinin Taker Karlsona müsahibəsi hələ dərc olunmamış hadisəyə çevrilib. ABŞ-ın "Solovyovu” və Donald Trampın ən qatı tərəfdarı kimi tanınan Karlson fevralın 4-də Moskvaya gəlib və fevralın 8-də ölkəni tərk edib.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26